6 C
Baku
Sunday, December 15, 2024

Argentina İranın Venesuelaya verdiyi təyyarəni ABŞ-ın tələbi ilə ələ keçirib

Argentina ABŞ-ın tələbi ilə Venesuelaya məxsus yük təyyarəsini ələ keçirib. ABŞ-ın bir müddətdir, təyyarəyə qarşı sanksiyalar tətbiq etdiyi bildirilir.

Məlumata görə, Argentina iyunda saxlanılaraq ABŞ-ın sanksiyalar tətbiq etdiyi Venesuela aviaşirkətinə təhvil verilən yük təyyarəsinin ələ keçirilməsinə qərar verib.

Argentina mətbuatında yayılan xəbərə görə, federal hakim Federiko Villena ABŞ-ın tələbi ilə İran hava yolu şirkətindən Venesuela hava yolu şirkətinə verilən yük təyyarəsinin müsadirə edilməsinə qərar verib.

Bildirilir ki, Villena Argentina ilə ABŞ arasında qarşılıqlı hüquqi yardım müqaviləsini əhatə edən qanun çərçivəsində təyyarənin müsadirə edilməsinə qərar verib.

İyunun əvvəlindən paytaxt Buenos-Ayres yaxınlığındakı Beynəlxalq “Ezeiza” Hava Limanında saxlanılan təyyarənin taleyini Argentina və ABŞ yurisdiksiyası həll edəcək.

ABŞ-ın məhkəmə sistemi avqustun əvvəlində Venesuela təyyarəsinin müsadirə edilməsinə dair sərəncam verib və onu Argentina hakimiyyətinə çatdırıb.

Venesuela təyyarəsinin Argentinada saxlanması Buenos-Ayres hökumətində narahatlıq yaradıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər