16 C
Baku
Thursday, March 28, 2024

Argentina milli valyutası – peso

Adı: Argentina

Pul vahidi: Argentina pesosu

Paytaxtı: Buenos-Ayres

Dili: ispan, ingilis, italyan və s.

Ölkənin kodu: AR(ARG)032

Argentinanın pul vahidi 100 sentavodan ibarət olan pesodur. Bu ölkənin pul vahidinin beynəlxalq təyinatı – ARS formasındadır. Ölkə ərazisində dövriyyədə 2, 5, 10, 20, 50 və 100 nominallı pesolar var. 5 noyabr 1881-ci il qanunu ilə pesonun qızıl tərkibi 1,45161 qram təmiz qızıl olaraq müəyyən edildi. Qızıl pesolar (oro sellado) əsas olaraq ölkə xarici əməliyyatlar üçün istifadə edilirdi. Daxili əməliyyatlar üçün isə xəzinə tərəfindən buraxılmış kağız pullar (moneda nacional) istifadə edilirdi. 4 noyabr 1899-cu ildə qəti qərarla 100 kağız peso = 44 qızıl peso qəbul edildi.

Müxtəlif nominallı banknotlar üzərində Argentinanın müxtəlif görkəmli şəxsiyyətlərinin portretləri təsvir olunub. Bunlar Karlos Pelleqrini, Bartolomeo Mitre, Xuan Manuel de Rosas, Xulio Argentino Roka, Dominqo Faustino Sarmiento, generallar Sen-Martin və Belqranodur. Bundan əlavə banknotların üzərində bu tikililərin təsvirləri yer alıb: Milli Konqres, Mitre muzeyi, Prezident sarayı, Azadlıq abidəsi və s.

Bütün banknotlar eyni ölçüyə malikdir – 155 х 65 mm. Banknotların təhlükəsizliyini isə su nişanları və digər təhlükəsizlik elementləri təmin edir. Argentina ərazisində həmçinin ABŞ dollarları da istifadə edilir.

Son xəbərlər
Digər xəbərlər