Argentina, Peru və Çili Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib.
Argentina prezidenti Xavyer Miley venesuelalı müxalifətçi Edmundo Qonzalesi qalib elan edib. Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea Venesuelada keçirilən səsverməni “xalqın iradəsinə hücum” adlandırıb.
Çili xarici işlər naziri Alberto van Klaveren bildirib ki, beynəlxalq müşahidəçilər öz nəticələrini səsləndirməyənə qədər Çili hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili prezidenti Qabriel Boric də “protokolların yoxlanılmasında tam şəffaflığa” çağırıb.