2 C
Baku
Monday, March 4, 2024

Argentina pesosu anti-rekord yeniləməkdə davam edir

Latın Amerika ölkəsi Argentinanın milli valyutasının devalvasiyası günbəgün dava edir.

Banker.az xəbər verir ki, Argentina pesosunun məzənnəsi bu gün daha 0.2% ucuzlaşıb.

Artıq ölkədə 1 ABŞ dolları 160.325 peso təşkil edir ki, bu da ölkədə tarixi maksimumdur.

USD/ARS cütlüyünün məzənnəsi son bir ayda 7%-ə yaxın, son bir ildə isə 60% dəyər itirməklə inkişaf etməkdə olan ölkələr üzrə Türk lirəsindən sonra ən pis göstəriciyə malik olan valyutadır.

Ötən ay Argentinalı siyasətçilər Mərkəzi Bankın valyuta ehtiyatlarının əriməsini dayandırmaq üçün xüsusi təyinatlı valyuta məzənnələrinin yeni versiyasını işə salsalar da bu hələ ki fayda vermir. Ölkə iqtisadiyyatı risklərlə üz-üzə olduğu və ABŞ dollarının dominantlığının artması pesonu zərbə altına qoyub.

peso

Son xəbərlər
Digər xəbərlər