Argentina prezidenti Xavyer Miley bildirib ki, ABŞ və Argentina arasında azad ticarət sazişinin bağlanması yeni seçilmiş prezident Donald Trampın rəhbərliyi altında yeni Amerika administrasiyası üçün prioritetlərdən biridir.
“Cənab Trampla işləyən şəxslərdən biri Argentina ilə azad ticarət sazişinin imzalanmasının gündəmdə olduğunu söyləyib”, – Cənab Miley federalizm və azadlıq Fondunun Tukuman əyalətində keçirilən mükafatlandırma mərasimində deyib.
Cənubi Amerika ölkələrini birləşdirən MERCOSUR-un qaydalarına əsasən, iştirakçılar üçüncü tərəf ölkələrlə rüsumsuz ticarət haqqında kollektiv müqavilələr bağlaya bilərlər. Xavyer Miley təklif edib ki, MERCOSUR ölkələri bu məsələlər üzrə müstəqil danışıqlar aparsınlar.
Noyabrın sonunda Donald Tramp Kanada və Meksikanı qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə bağlı problemləri həll etməsələr, bütün mallara 25% rüsumla hədələyib. Kanadanın Baş naziri Castin Trüdo buna cavab olaraq ABŞ-yə enerji ixracını dayandıracağını deyib.