0 C
Baku
Saturday, February 22, 2025

Argentina prezidentinin mem koini $4.5 mlrd. kapitallaşmaya çataraq 99% ucuzlaşdı

14 fevral 2025-ci ildə Argentina prezidenti Xavyer Miley “Solana” blokçeynində LIBRA mem koinin istifadəyə verildiyini elan edib. Bazara daxil olduqdan dərhal sonra token kəskin şəkildə bahalaşaraq 4.5 milyard dollar kapitallaşmaya çatıb, lakin satışa çıxarıldıqdan bir neçə saat sonra onun qiyməti 99% aşağı düşüb.

Layihənin saytında sikkənin məqsədinin Argentinada kiçik biznesi maliyyələşdirmək olduğu iddia edilir. Bununla belə, kriptovalyuta analitikləri dələduzluğun əlamətlərini, o cümlədən tokenlərin əksəriyyətinin bir cüzdanda cəmləşməsini müşahidə ediblər.

Argentina prezidenti mem koinə dəstək verməyə çağıran yazı dərc etdikdən bir neçə saat sonra mesajı silib. Miley iddia edir ki, o, layihənin bütün təfərrüatlarından xəbərsiz idi. Təfərrüatları öyrəndikdən sonra prezident token haqqında məlumat yaymağı dayandırmaq qərarına gəlib.

Analitiklər qeyd edirlər ki, LIBRA ətrafında vəziyyət kəskin qiymət dalğalanmaları və potensial maliyyə fırıldaqları ilə əlaqəli olan mem koinlərin risklərini vurğulayır.

Son xəbərlər
Digər xəbərlər