9 C
Baku
Monday, November 18, 2024

Argentina yüksək inflyasiya səbəbiylə yeni əsginaslar buraxacaq

Argentina prezidenti Xavyer Miley ölkənin 20 min (25 dollar) və 50 min peso (62 dollar) nominalında əsginas buraxılacağını təsdiqləyib. Qeyd edək ki, hazırda respublikada ən böyük əsginas 2 min pesodur (2.5 dollar).

“Bəli. Əsginasların buraxılışı işgəncədir. Əgər nağd ödəniş etmək lazımdırsa, gərək bir dəstə kağızla gəzəsən”, – deyə başçısı “LN+” telekanalına bu xəbərin doğru olub-olmaması ilə bağlı sualını cavablandırıb. Ölkə başçısı Mərkəzi Bankın yüksək inflyasiya səbəbiylə 20 min və 50 min peso əsginaslarını dövriyyəyə buraxacağını bildirib.

İndi ölkədə 10, 20, 50, 100, 500, 1 min və 2 min peso nominalında əsginaslar dövriyyədədir.

Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. İlin əvvəlindən noyabr ayına kimi qiymət artımı 148% olub. Mileyin noyabrın 19-da dövlət başçısı seçilməsindən sonra inflyasiya daha da sürətlənib. Onun hökumətinin ilk tədbirlərindən biri pesonun rəsmi məzənnəsini 366-dan 800 pesoya qaldırmaq olub.

Son xəbərlər
Digər xəbərlər