Argentinada inflyasiya 2023-cü ilin sonuna kimi 110%-ə çata bilər.
Bu barədə məlumatı ölkənin Mərkəzi Bankı yayıb.
“Analitiklərin fikrincə, 2023-cü ilin mart ayında aylıq inflyasiya 7% təşkil edib və bütün il üçün bu, 110% (əvvəlki proqnozdan 10,2 faiz bəndi çox) təşkil edəcək”, – Mərkəzi Bankın dərc etdiyi hesabatda deyilir.
Ekspertlər qiymətlərin 2024-cü ildə 90%, 2025-ci ildə isə 54,6% artacağını gözləyirlər.
Argentina artıq bir neçə ildir ki, inflyasiyanın ən yüksək olduğu ölkələr sırasındadır. 2022-ci ilin sonunda inflyasiya 94,8%, 2021-ci ildə 50,9%, 2020-ci ildə 36,1%, 2019-cu ildə 53,8% təşkil edib.