Argentinanın Səhiyyə Nazirliyi altı aylıq uşaqlar üçün koronavirusa qarşı peyvənd kampaniyasını genişləndirəcək.
Bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.
“Milli tənzimləyici qismində çıxış edən Milli Dərman, Qida məhsulları və Texnologiyalara Nəzarət üzrə Milli İdarədən istifadə tövsiyəsini aldıqdan sonra Səhiyyə Nazirliyi yaşı altı aydan yuxarı olan uşaqları COVID-19-a qarşı peyvənd etməyə başlayacaq”, – deyə açıqlamada deyilir.
Xatırladaq ki, daha əvvəl Argentinada 3 yaşdan yuxarı uşaqları koronavirusa qarşı peyvənd edirdilər.