Argentinada martda qiymət artımı 7,7%, ilin əvvəlindən inflyasiya isə 21,7% təşkil edib.
Bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutu məlumat yayıb.
“2023-cü ilin mart ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 7,7% artıb, 3 ayda məcmu artım 21,7% təşkil edib. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 104,3% olub”, – deyə məlumatda bildirilir.
Bildirilir ki, fevralda illik inflyasiya 102,5% təşkil edib ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir.