1 C
Baku
Saturday, December 14, 2024

Argentinada inflyasiya son 32 ildə ilk dəfə 100%-i keçib

Argentinada illik inflyasiya səviyyəsi fevral ayında 100%-i keçib, bu barədə ölkənin statistika agentliyi çərşənbə axşamı bildirib.

Hökumətin məlumatına görə, 12 aylıq inflyasiya ilin ikinci ayında 102.5% olub, eyni zamanda istehlak qiymətləri indeksi gözləniləndən 6.6%, ilin əvvəlindən isə 13% artıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Argentina bazarlarında və dükanlarında qiymət artımının təsiri kəskin şəkildə hiss olunur, çünki dünyada ən yüksək inflyasiya insanların pul kisəsini boşaldır. İnflyasiya bu qədər yüksək olduğu üçün qiymətlər demək olar ki, hər həftə dəyişir.

İnflyasiya Argentinada yeddi ay sonra keçiriləcək prezident seçkiləri kampaniyasının əsasını təşkil edir. “Bloomberg” qeyd edir ki, autsayder namizəd Havyer Miley  Argentina pesosunu ABŞ dolları ilə əvəz etmək təklifi sayəsində populyarlıq qazanır.

Son xəbərlər
Digər xəbərlər