10 C
Baku
Thursday, December 12, 2024

Argentinada rekord inflyasiya gözlənilir

Argentinada 2022-ci ildə inflyasiya son əsrin ən yüksək göstəricisinə – 76%-ə çatacaq. Bu da Venesueladan sonra regionda ən yüksək göstəricidir.

Bunu Argentina Mərkəzi Bankının ekspertlər arasında keçirdiyi sorğunun nəticələri göstərir.

“Bazar analitikləri cari il üçün inflyasiyanı 76% səviyyəsində proqnozlaşdırırlar”, – Mərkəzi Bankın hesabatında deyilir.

Xatırladaq ki, 2021-ci ildə Argentinada inflyasiya 50,9%-ə çatıb. Bu da Latın Amerikası ölkələri arasında ən yüksək göstəricilərdən biridir.

Son xəbərlər
Digər xəbərlər