16 C
Baku
Monday, April 29, 2024

Argentinada son 20 ilin ən yüksək yoxsulluq həddi qeydə alınıb

Argentinada yoxsulluq səviyyəsi yanvarda 57.4 faizə çatıb ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

Bu barədə “Reuters” ölkənin aparıcı iqtisadi universitetlərindən biri olan “Pontificia Universidad Catolica Argentina”nın məlumatlarına istinadən yazıb.

Hesabata görə, Argentinanın yeni prezidenti seçilən Xavyer Miley tərəfindən pesonun devalvasiyası və sonradan qiymət artımı yoxsulluq vəziyyətinin pisləşməsinə səbəb olub.

2023-cü ilin sonunda yoxsulluq səviyyəsi 49.5% olub, yanvarda isə rekord səviyyəyə – 57.4%-ə yüksəlib. Hesabatda həmçinin qeyd olunub ki, ölkə üzrə ən azı 27 milyon insan yoxsulluq içində yaşayır, daha 9 milyon nəfər isə (ümumi 47.3 milyon əhalidən) həddindən artıq yoxsulluq içərisindədir.

Yeni prezidentin islahatları əsas ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olub. Ötən il ölkədə inflyasiya isə 211.4% təşkil edib.

Ötən ilin dekabrında vəzifəsinin icrasına başlayan Argentina prezidenti Xavyer Miley ölkə iqtisadiyyatını liberallaşdırmaq üçün 300-dən çox fərman imzalayıb. O, iqtisadi böhranı aradan qaldırmaq üçün “aylarla ağrıya” dözməyin lazım olduğu barədə xəbərdarlıq edib.

Mileyin islahatları arasında pesonun 50% devalvasiyası, enerji və nəqliyyat üçün dövlət subsidiyalarının kəsilməsi və əmək qanunlarına edilən dəyişikliklər daxildir. Məsələn, işə qəbul üçün sınaq müddəti səkkiz aya qədər artırılıb, 12 saatlıq iş gününə icazə verilib, məzuniyyət və işdən çıxarılma ilə bağlı kompensasiyalar azaldılıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər