19 C
Baku
Thursday, May 30, 2024

Argentinada üzərində Messinin şəkli olan pul hazırlanır

Argentina milli bankının nümayəndələri milli komandanın kapitanı Lionel Messinin şəklini əskinaslara tətbiq etmək üçün variantları nəzərdən keçirirlər.

Bu barədə “El Financiero” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu yolla Argentinada millinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatındakı qələbəsini əbədiləşdirmək istəyirlər. Ehtimal olunur ki, Messi obrazı 1000 pesoya tətbiq olunacaq. Bu, əskinasın nominalının Messinin nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır. Arxa tərəfdə Argentina millisinin baş məşqçisi Lionel Skaloni ləqəbi olan “La Scaloneta” yazısının qoyulması planlaşdırılır.

Xatırladaq ki, Argentina dünya çempionatının finalında Fransa yığmasını məğlub etmişdi. İki əsas hissə 2:2 hesabı ilə başa çatıb, əlavə vaxtda komandalar bir-birini əvəzləyib, penaltilər seriyasında isə argentinalılar daha dəqiq olub – 4:2.

Argentina millisi üçün mundialdakı bu qələbə tarixdə üçüncü olub. Bundan əvvəl argentinalılar 1978 və 1986-cı illərdə kuboku qazanmışdılar.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər