Argentinanın maliyyə naziri Nikolas Duxovnı istefa verib. Qərar milli valyutanın kəskin devalvasiyası fonunda qəbul edilib.
Bu barədə “Todo Noticias” telekanalı öz “Twitter” səhifəsində məlumat yayıb.
“Bu gün mən 2017-ci ilin yanvarından tutduğum maliyyə naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Mən bunu vəziyyəti nəzərə alaraq, sizin idarəetməyə iqtisadi sahədə əhəmiyyətli yeniliyin zəruriliyinə əmin olduğum üçün edirəm”, — deyə Duxovnının ölkə prezidenti Maurisio Makriyə ünvanladığı məktubda qeyd olunub.
Report