Argentinanın nəqliyyat naziri yol qəzasında ölüb

Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həyatını itirib.

Bu barədə yerli Todo Noticias” telekanalı məlumat yayıb..

Məlumata görə, nazirin idarə etdiyi avtomobil San-Andres-de-Xiles şəhəri yaxınlığında magistral yolda aşıb. Hadisənin səbəbləri hazırda məlum deyil.

Qeyd edək ki, M.Meoni 2019-cu ilin dekabrından bu vəzifəni icra edirdi.

Son xəbərlər
Digər xəbərlər