Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həyatını itirib.
Bu barədə yerli “Todo Noticias” telekanalı məlumat yayıb..
Məlumata görə, nazirin idarə etdiyi avtomobil San-Andres-de-Xiles şəhəri yaxınlığında magistral yolda aşıb. Hadisənin səbəbləri hazırda məlum deyil.
Qeyd edək ki, M.Meoni 2019-cu ilin dekabrından bu vəzifəni icra edirdi.