Argentinada davam edən yüksək inflyasiya şəraitində milli valyuta pesonun (ARS) dəyəri ABŞ dollarına qarşı tarixi minimuma düşüb.
Banker.az xəbər verir ki, dollar/peso cütlüyünün məzənnəsi 193.1 səviyyəsindən 195.0 səviyyəsinə qədər artıb.
2023-cü ilin yanvarında ölkədə inflyasiya 98.8% təşkil edib.
Argentina uçot faiz dərəcəsini ötən ilin əvvəlində 40.00%-lə bşlatdığı halda, ili 75.00%-lə tamamladıb.
Zəif makroiqtisadi şəraiti ölkənin valyutası üçün ağır nəticələr verməkdədir.