7 C
Baku
Thursday, December 12, 2024

Argentinanın yeni prezidenti Xavyer Miley seçilib

Argentinalı sağçı siyasətçi Xavyer Miley prezident seçkilərinin ikinci turunda qalib gəlib. Hakim partiyanın namizədi, iqtisadiyyat naziri Sergio Massa isə məğlub olduğunu etiraf edib.

Seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb. Protokolların 88.12%-i hesablandıqdan sonra cənab Miley 55.91% səslə liderlik edir. Cənab Massa 44.08% bal toplayıb. Seçkilərdə əhalinin 76.39%-i iştirak edib.

Xavyer Miley 2023-cü ilin yayında səsvermədə autsayder olmaqla praymerizdə qalib gəlib. Seçki yarışı zamanı siyasətçi Argentina pesosu əvəzinə ABŞ dollarının milli valyutaya çevrilməsini, həmçinin Mərkəzi Bankın bağlanmasını təklif edib. Cənab Miley bu dövlətlərin siyasətləri ilə razılaşmadığı üçün Rusiya, Braziliya və Çinlə münasibətləri inkişaf etdirmək istəmir. O, ABŞ və İsraili prioritet müttəfiqlər hesab edir.

Son xəbərlər
Digər xəbərlər