21 C
Baku
Monday, July 22, 2024

Arı balı istehsalına hansı vergi güzəştləri verilir?

Mənim arıçılıq təsərrüfatım var, bal istehsal edirəm. Arı balı kənd təsərrüfatı məhsulu hesab olunurmu? Balın satış dövriyyəsindən ƏDV ticarət əlavəsinə hesablanmalıdırmı? 

Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Sorğuda qeyd olunan arı balının istehsalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edildiyi üçün yuxarıda sadalanan vergilərdən azad edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

Son xəbərlər
Digər xəbərlər