4 C
Baku
Sunday, December 4, 2022

Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı – Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb. Yeni dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.

Banker.az xəbər verir ki, bu vəzifədə onu Maqsud Fərzullayev əvəz edib.

M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışmış, 2015-ci ildə keçirilmiş Avropa oyunları və Bakıda keçirilmiş 2017 İslam Həmrəyliyi Oyunlarında, eləcə də, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin təşkilat komitəsində, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından iştirak etmişdir.

 

Son xəbərlər
Digər xəbərlər
X