16 C
Baku
Friday, October 17, 2025

“Armani” CEO vəzifəsinə Cüzeppe Marsoççini təyin edib

İtaliyanın məşhur moda evi “Armani” rəhbərlikdə dəyişiklik edib — Cüzeppe Marsoççi şirkətin yeni baş icraçı direktoru (CEO) vəzifəsinə təyin olunub. O, şirkətdə 23 ildir çalışır.

“Armani”yə gəlməzdən əvvəl Marsoççi lüks brendlərin idarə olunması ilə məşğul olub və beş il “Fila Sport” şirkətində işləyib.

Əvvəllər CEO vəzifəsini şirkətin qurucusu Corco Armani icra edirdi. O, 4 sentyabrda 91 yaşında vəfat edib.

Hazırda “Armani” moda evi şirkətin payının satışı ilə bağlı bir sıra tərəflərlə danışıqlar aparır. Mümkün alıcılar arasında Fransanın “L’Oreal” şirkəti də var. Prosess hələ erkən mərhələdədir və müqavilənin yekunlaşması bir neçə ay çəkə bilər.

Son xəbərlər
Digər xəbərlər