07 aprel 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində Arpaçay su anbarında gücü 20.5 MVt “Arpaçay-1” SES və gücü 1.4 MVt “Arpaçay-2” KSES istismara verilib.
Energetika Nazirliyindən verilən məlumata görə, “Arpaçay-1” SES-də 2021-ci ildə 33.4 mln. kVt/saat, 2022-ci ildə 26.1 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 01 aprel tarixinədək stansiyada ümumilikdə 434 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
“Arpaçay-2” KSES-də isə 2021-ci ildə 0.9 mln. kVt/saat, 2022-ci ildə 0.8 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 01 aprel tarixinədək “Arpaçay-2” KSES-də elektrik enerjisi istehsalı 10.2 mln. kVt/saat təşkil edib.