9 C
Baku
Wednesday, December 17, 2025

Arpaçay magistral kanalları 46.4 milyon manata yenidən qurulur

Arpaçay magistral kanallarının yenidən qurulmasına böyük vəsait ayrıldı.

Banker.az xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi “Arpaçay sağ sahil” və “Arpaçay sol sahil” magistral kanallarının yenidən qurulması ilə bağlı layihənin icrasını həyata keçirəcək şirkəti müəyyən edib.

Layihənin icrası “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Yenidənqurma işlərinin ümumi dəyəri 46 357 996 manat təşkil edir.

Qeyd edək ki, “Arpaçay sağ sahil” və “Arpaçay sol sahil” magistral kanalları Azərbaycanın Naxçıvan Muxtar Respublikası (Naxçıvan MR) ərazisində yerləşir. Bu kanallar Arpaçay su anbarından başlayaraq Şərur, Kəngərli və Sədərək rayonlarında 20 000-dən çox hektar əkin sahələrinin suvarılmasını təmin etmək üçün çəkilmişdir. Kanallar Arpaçay çayının sağ və sol sahillərində uzanır və suvarma suyu təminatında mühüm rol oynayır.

Son xəbərlər
Digər xəbərlər