Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan vəzifəsindən azad edilib.
Bu barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.Xatırladaq ki, A. Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin edilmişdi. Bundan əvvəl isə o, Baş Qərargah rəisinin müavini vəzifəsində çalışırdı.
Arşak Karapetyan həm də istefa verən müdafiə naziri Vaqarşak Harutyunyanın səlahiyyətlərini icra edirdi.