Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyana naməlum şəxslər hücum edib.
“Novosti Armeniya” xəbər verir ki, bunu Ovannisyan feysbuk səhifəsində yazıb.
“Dünən axşam saatlarında iki nəfər mənə hücum etdi. Özümü müdafiə edə bildim”, – keçmiş sözçü yazıb.
O, hədələndiyini və izləndiyini də bildirib.
Qeyd edək ki, Ovannisyan 44 günlük döyüşlərin gedişi barədə axşam saatlarında birbaşa efirdə rəsmi məlumatları çatdırıb. Ermənistanın məğlubiyyətindən sonra istefa verib.