Bir müddət əvvəl “Tanix TX3 Mini” adlı yeni TV Box alıcılara təqdim olundu. Bu cihaz dünyanın müxtəlif ölkələrinin filmlərini online və ya televiziyada izləmək üçün hazırlanmışdır. Cihaz artıq Azərbaycanda satışa çıxarılıb. Gəlin cihazın texniki göstəriciləri ilə tanış olaq:
Prosessor: Amlogic S905w
Video çip: Mali-T450
RAM: 1-2 GB
Daxili yaddaş: 8-16 GB
Platforma: Android 7.1
Şəbəkə: LAN – 100Mbps / WiFi – 2.4G
Bağlayıcılar: HDMI 2.0, 2xUSB, RJ45, Micro-SD yaddaş kartları üçün yuva, SPDIF və AV.
Cihaz sadə karton qutuda təqdim olunub. Qutuda “Tanix TX3 Mini”dən əlavə uzaqdan idarəetmə pultu, adapter və HDMI naqili var.
10.5 × 10.5 × 1.5 sm ölçülərində olan cihaz tutqun plastikdən hazırlanmışdır. Cihazın yandırıb-söndürmə düyməsi yoxdur, buna görə də rejimlər pult vasitəsilə idarə olunur. Konsolun çəkisi 151 qramdır.
Ön paneldə çalışma, fasilə, şəbəkə mənbəyi kimi bəzi xidmət məlumatlarının göstərildiyi kiçik displey var. Pult az sayda düyməyə malikdir, sadə və rahat idarə edilə biləndir. “Tanix TX3 Mini” Android 7.1 əməliyyat sistemində işə salınır. TV Center, YouTube, Chrome və s. kimi bir neçə proqram konsola əvvəlcədən quraşdırılıb.
Bir sözlə, bu cihaz sizin adi televizorlarınızı belə “smart” etməyi bacarır. Qeyd edək ki, cihazın ölkəmizdəki satış qiyməti təxminən 60 manatdır.
Ted.az