12 C
Baku
Saturday, November 23, 2024

Artıq Google Pay də ABB kart sahibləri üçün əlçatandır

®Bu gündən etibarən ABB-nin kart sahibləri Google Pay vasitəsilə də ödənişlər edə bilərlər. Google Pay rahat və təhlükəsiz ödəniş həllidir. İstifadəçilərə Android sistemini dəstəkləyən cihazlarla tam təmassız ödəniş aparmaq imkanı yaradır. Müştəri sadəcə mobil telefonunu ödəniş terminalına yaxınlaşdırıb anında ödənişlərini apara bilir. Google-un innovativ texnologiyaları bütün əməliyyatların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir. 

Google Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər edə bilərsiniz. Bu imkandan yararlanaraq yemək və ərzaq çatdırılması, onlayn alış-verişlər və digər ödənişlər aparmaq da çox rahatdır. Bu zaman hər dəfə mürəkkəb formaları doldurub qeydiyyatdan keçməyə ehtiyac qalmır. Kart məlumatlarını cəmi bircə dəfə sistemə daxil edib Google Pay-in üstünlüklərindən faydalanmaq olur. 

Google Pay-dən istifadə çox asandır. Bunun üçün kart sahibi ABB mobile-dan kartını elektron pulqabı olan Google Wallet-ə əlavə etməklə rahat şəkildə təmassız ödənişlər edə bilər. Google Pay-dən istifadə edən müştərilər ABB-nin öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən də faydalanırlar. Google Pay haqqında daha ətraflı məlumatları https://pay.google.com platformasından və ABB-nin saytından öyrənə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər