13 C
Baku
Saturday, November 23, 2024

Artıq hamı mühasib işləyə bilməyəcək – Qanuna dəyişiklik

Mühasiblərin peşəkarlığını müəyyənləşdirən meyarlar hazırlanır. Bu, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını və peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını təmin edir.

Bundan başqa, qanun layihəsi ilə kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları ləğv edilib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Emin Hüseynov bildirib ki, beynəlxalq standartlara keçid dövründə bu standartları tətbiq edəcək adamlar lazımdır. “Bu standartlar mövcud deyil. Biz bu standartları hamı üçün tələb etmirik. Əgər təşkilat ictimai əhəmiyyətlidirsə, bu təşkilatın mühasibi peşəkar mühasib standartına cavab verməlidir. Hazırda apardığımız ilkin hesablamalara əsasən, peşəkar mühasib tələb olunan təşkilatların sayı 10 mindən yuxarıdır. Nəticədə 10 min təşkilatda maliyyə hesabatı beynəlxalq standartlara uyğun olacaqsa, 10 min baş mühasib tələb olunacaq. Bu proses mərhələli, qrafikə uyun aparılacaq,” – deyə E. Hüseynov qeyd edib.

Layihəyə əsasən, Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı müddəaların çıxarılması nəzərdə tutulduğu üçün həmin layihədə Mühasibat Uçotu üzrə Məsləhət Şurasının yaradılması və fəaliyyətinin tənzimlənəsi ilə bağlı maddələr ləğv edilib.

Qeyd edək ki, qanun layihəsi ilə ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

MənbəMks.az
Son xəbərlər
Digər xəbərlər