14 C
Baku
Sunday, November 24, 2024

Artıq heç kim MBA almaq istəmir. Biznes məktəbləri böhran içindədir

MBA məzunlarının iş tapmaq problemi yoxdur. Buna baxmayaraq,  elit biznes məktəblərində təhsil alan abituriyentlərin sayı sürətlə azalır.

Banker.az xəbər verir ki, 2018-ci ilin nəticələrinə görə, 2017-ci il ilə müqayisədə “Stephen Ross Business School” biznes məktəbində abituriyent axını 8,5% azalıb. “University of Chicago Booth School of Business” məktəbində təhsil alan tələbələrin sayı 7,5%, “Haas School of Business” – 7,5%, “Wharton School of the University of Pennsylvania” – 7,6%, “Stanford Universit” – 4,6%, “Harvard University” – 4,5% azalmışdır.

“MBA bazarı çox çətin vəziyyətdədir, – deyə The Simon Business School məktəbinin dekanı olan Andrew Ainsley bildirir. – Bu göstəriciləri qoruya bilsək, bu inanılmaz bir uğur olar”.

Professorlar MBA-ya marağın azalmasını bir neçə amilin birləşməsi ilə izah edirlər. Bunlara iş yerlərində sabitliyi təmin edən nisbətən güclü Amerika iqtisadiyyatı, xarici tələbələr üçün iş vizaları ilə bağlı qeyri-müəyyənlik aiddir. Təhsil haqqının da artması mühüm rol oynayır.

 

Son xəbərlər
Digər xəbərlər