3 C
Baku
Saturday, December 14, 2024

Artıq memarlıq binalarının fasadlarında reklam qurğuları yerləşdirilə biləcək

Tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq binalarının fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində reklam qurğuları yerləşdirilə biləcək.

Bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 1-ci maddəsinə (Tarix və mədəniyyət abidələrinin qorunması) dəyişiklik təklif edilir.

Qanunun 1-ci maddəsinin yeddinci hissəsinin yeni redaksiyasına görə, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” qanunda müəyyən edilmiş qaydada yerləşdirilə bilər.

Qanunun 1-ci maddəsinin yeddinci hissəsi isə hazırda belədir: Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.

©Report

Son xəbərlər
Digər xəbərlər