7 C
Baku
Thursday, December 12, 2024

Artıq NIKOIL | Bank-dakı cari və kart hesabınızı onlayn rejimdə artıra bilərsiniz!

NIKOIL | Bank müştərilərinin rahatlığını daim öndə tutaraq yeniliklər tədbiq etməkdə davam edir. Srtıq bugündən etibarən NIKOIL | Bank təklif etdiyi xidmətlər arasına yenisi əlavə olundu. Yeni xidmət sayəsində NIKOIL | Bank-ın müştəriləri cari hesablarını, əmanətlərini, Forex hesablarını və ya plastik kartlarını təkcə Bankın filiallarında deyil, eyni zamanda onlayn və ya ödəniş terminallarında CASH-İN xidməti vasitəsilə artıra bilərlər! Hesabların artırılması günün istənilən saatında mümkündür. CASH-IN xidməti nağd vəsaitlərin hesaba milli valyutada və eyni zamanda USD və EUR ilə də daxil olmasına imkan verir.

www.nikoil.azwww.hesab.az rəsmi internet səhifələrinə daxil olaraq, eyni zamanda “eManat” ödəniş terminalı vasitəsilə Siz NIKOIL | Bank-ın bu xidmətini rahatlıqla istifadə edə bilərsiniz. Sizin pul vasitələriniz dərhal seçdiyiniz hesablara əlavə olunacaq! Bu xidmətdən istifadə qaydaları ilə tanış olmaq üçün 981 qısa nömrəsinə zəng edərəl əlavə məlumat əldə edə bilərsiniz.

Bu gün “NİKOYL” İKB əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər
Digər xəbərlər