21 C
Baku
Saturday, November 2, 2024

Artıq ödənilmiş vəsaitin pensiyaçılardan geri alınmasının mexanizmi açıqlanıb

“Daha az məbləğdə pensiya alanlardan 10%, daha çox pensiya alanlardan isə 20% məbləğ tutulacaq. Beləliklə artıq ödənilmiş vəsait geri alınacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, iki ildir, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi müzakirə olunarkən onun investisiya fəaliyyətinin əsaslarının müəyyən etməsi ilə bağlı təkliflər səsləndirilir: “Artıq bu təkliflər nazirlik tərəfindən müsbət qarşılanıb və DSMF-nin investisiya fəaliyyətinin əsaslarını müəyyən edən qanun layihəsi yaz sessiyasında müzakirəyə təqdim ediləcək”.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər