25 C
Baku
Saturday, June 22, 2024

Artıq qəhvə fincanı ilə də ödəniş etmək mümkündür!

Telefon, qolbaq, saat, üzük – bütün bunlarla ödəniş etmək artıq bir çoxlarını təəccübləndirmir. Qəhvə fincanından ödəniş aləti qismində istifadə etmək isə kifayət qədər yenilikdir.
İstənilən əşyanın təmassız ödəniş cihazına çevrilməsi dünyada böyük populyarlıq qazanmağa başlayıb. Avstraliyanın Optus şirkəti bu tendensiyanı dəstəkləmək qərarına gəldi və qəhvə fincanı ilə ödəniş etmək imkanını yaratdı.

Optus şirkəti “ağıllı” fincan və şüşə istehsalında Frank Green şirkəti ilə əməkdaşlıq çərçivəsində bu fincanları NFC-çip ilə təchiz edib. Beləliklə, 39,95 dollara bu innovativ ödəniş alətini əldə edən alıcı Visa payWave təmassız ödənişlərini qəbul edən terminallar vasitəsilə 100 dollara qədər olan alış-verişin hesabını ödəyə biləcək. Və bu zaman nə pulqabına, nə də smartfona ehtiyac qalmayacaq.
Təmassız ödənişlər dünyanın müxtəlif nöqtələrində populyarlıq qazanır. 2020-ci ildə NFC-ödənişlər qəbul edən POS-terminalların göstəricisi 77% təşkil edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər