Ukrayna vətəndaşları Rusiyaya ancaq xarici pasportla səyahət edə biləcəklər.
Bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk bildirib.
Baş Nazir bildirib ki, 2020-ci ilin mart ayının 1-dən etibarən Ukrayna vətəndaşları Rusiyaya ancaq xarici pasportla səyahət edə biləcəklər.
Qeyd edək ki, 1997-ci ilin 16 yanvarından Rusiya və Ukrayna hökumətləri arasında vətəndaşların vizasız səyahəti haqqında razılaşmaya əsasən, hazırda Ukrayna vətəndaşları Rusiyaya daxili pasportla, 16 yaşına qədər olan olanlar isə doğum haqda şəhadətnamələri ilə səyahət etmək hüququna sahib idilər.
APA