Arxiv işləri üzrə köməkçi – FINCA Azerbaijan

0

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün ARXIV IŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Əsas vəzifə və öhdəlikləri:

“FINCA Azerbaijan” arxivinə  və arxiv  istifadəçilərinə birbaşa, ilkin xidmət göstərmək. Bundan başqa, arxiv daxilində müxtəlif köməkçi funksiyaları yerinə yetirməklə, əlaqədar xidmətlərə yardımçı olmaq.

Tələblər:

  • Ali və ya orta təhsil;
  • MS Office proqramları üzrə biliklər (xüsusilə MS Excel) və  çapetmə bacarığı;
  • İşgüzarlıq və  aktivlik;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Əla ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi mütləq deyildir;
  • Yalnız kişi namizədlər.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 28 Sentyabr 2018-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№14/18) qeyd etməklə göndərə bilərsiniz.