10 C
Baku
Wednesday, November 27, 2024

Arxiv işləri üzrə köməkçi – FINCA Azerbaijan LLC

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün ARXIV IŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəlikləri:

“FINCA Azerbaijan” arxivinə  və arxiv  istifadəçilərinə birbaşa, ilkin xidmət göstərmək. Bundan başqa, arxiv daxilində müxtəlif köməkçi funksiyaları yerinə yetirməklə, əlaqədar xidmətlərə yardımçı olmaq.

Tələblər:

• Yalnız kişi namizədlər.
• Ali və ya orta təhsil;
• MS Office proqramları üzrə biliklər (xüsusilə MS Excel) və  çapetmə bacarığı;
• İşgüzarlıq və  aktivlik;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Əla ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İş təcrübəsi mütləq deyildir;

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31  Dekabr 2018-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində ARXIV IŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ qeyd etməklə göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər