Kainatın hüdudlarında bir yerdə bir mağaza var. Mağazanın üzərində adını əks etdirən hər hansı bir lövhə yoxdur. Bu lövhəni uzun illər öncə tufan qoparıb aparıb. Mağazanın yeni sahibi isə yeni löhvə yaratmağa heç can atmayıb da. Onsuz da hər kəs mağazanın arzu satdığını bilir. Bu mağazada isə çeşid həddindən artıq çox idi: buradan demək olar ki, hər şey almaq olardı.
Bu “hər şey” kəlməsinə təbii ki, böyük yaxtalar, mənzillər, hətta ər, vitse-prezident vəzifəsi, pul, övlad, sevimli iş, müsabiqədə qələbə, bahalı maşınlar, futbol klubu, hakimiyyət, brilyant qaşlı üzük və daha nələr-nələr. Burada sadəcə həyat və ölüm satılmırdı.
Mağazaya gələn hər bir müştəri (evdə oturub sadəcə arzulamaqla məşğul olanlar da az deyil) ilk növbədə arzusunun qiymətini öyrənirdi. Qiymətlər müxtəlif idi.
Məsələn, sevimli işinn dəyəri sabitlik və proqnozlaşdırmadan imtina etmək, sərbəst şəkildə planlaşdırmaq və öz həyatını yenidən qurmağa hazırlıq, öz gücünə inam və özünə lazım olan yerdə deyil, məhz sevdiyin yerdə işləmək imkanı verməkdir.
Hakimiyyət arzusunun qiyməti bir az baha idi: bunun üçün doğru bildiyin bəzi şeylərdən imtina etmək, hər bir şeyə məntiqi izah tapmaq, digərlərinə etiraz etməyi bacarmaq, öz dəyərini bilmək (və bu yüksək olmalıdır), “mən” deməyi özünə icazə vermək, başqalarının icazəsi olmasa belə özünü sübut etməyə çalışmaq lazım idi.
Bəzi qiymətlər qəribə təsir bağışlaya bilərdi. Lakin unutmaq lazım deyil ki, həyatda heç nə havayı deyil və hər bir qazanılan hər bir şeyin bir qarşılığı olmalıdır.
Təbii ki, mağazaya gələn hər bir müştəri dərhal olaraq arzu almaq istəmirdi. Bəziləri arzunun qiymətini gördükdə sadəcə arxalarını dönərək çıxıb gedirdilər. Bəziləri isə uzun müddət dayanaraq düşüncələri arasında seçim etməyə çalışır, arzunun dəyərini necə ödəyəcəklərini düşünürdülər. Kimsə qiymətlərin bahalığından şikayət edir və satıcıdan endirim etməyi xahiş edirdi.
Elə insanlar da var idi ki, ciblərində olan-qalan hər bir şeyi verərək sevimli arzularına qovuşurdular. Ətrafdakı insanlar bu sevincək insanlara həsədlə baxaraq deyinirdilər: Yəqin ki, o arzusuna qovuşan mağaza sahibinin qohumu, yaxud tanışıdır. Arzusuna da havayı, əziyyət çəkmədən nail oldu.
Mağaza sahibinə tez-tez alıcı sayını artırmaq üçün qiymətləri endirməsini məsləhət görürdülər. Lakin o hər zaman bundan arzunun keyfiyyətinin zərər görəcəyini deyərək imtina edirdi.
P.S. Mağazanın qapısından isə belə bir elan asılıb: “Əgər sənin arzun hələ həyata keçməyibsə, demək onun dəyəri hələ ödənməyib”.