10 C
Baku
Wednesday, November 27, 2024

“AS AQRO CO” MMC 5 vəzifə üzrə vakansiya elan edir

 

1. Qablaşdırma üzrə operator

Vəzifə və öhdəliklər:

• Qablaşdırılma prosesin gedişinə nəzarət və onun tənzimlənməsi;
• Texniki şərtlərə  əsasən yığılmış məhsulun qablaşdırılması;
• Məhsulun kalibrinə əsasən  qabaqcadan komplektləşdirilərək qablaşdırılması;
• Daşınmada ehtiyatlılıq tələb edən həssas dəqiq cihazların taraya möhkəm bərkidilməsi ilə düzülməsi;
• Qablaşdırılma və taraların bütövlüyünü yoxlamaq;
• Tərəzidə çəkilib yığılmış məhsulun miqdarının uçotunu aparmaq və yüklənməsinə nəzarət etmək;
• Çəkisi, həcmi, keyfiyyəti uyğun olmayan məhsulu qablaşdırılmaya buraxılmaması;
• Qutuların yığılması və etiketlərin yapışdırılması;
• Xidmət edən avadanlığın cari təmiri;

Tələblər:

• Bu sahədə 1 il təcrübəsi olan namizədlər;
• Məhsulun bükülməsi və qablaşdırılması tərtibinə qoyulan tələbləri bilən;
• Çəkilib bükülmə prosesində məhsulun və bükücü materialın itkisinə qoyulan normaları bilən;
• Texniki şərtləri bilən;
• Rus dili bilikləri


2. ƏM və TT üzrə mühəndis

Vəzifə və öhdəliklər:

• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə siyasət və prosedurların hazırlanması və tədbiq edilməsi;
• İş sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nəzarət;
• Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin etmək;
• Əməyin mühafizəsi  üzrə qanunvericilik  aktlarına  əməl olunmasına, dövlət orqanlarının qətnamə və qərarlarının, əməyin mühafizəsi və  təhlükəsizlik  texnikası norma və qaydalarının yerinə yetirilməsinə daim nəzarət etmək;
• İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasını “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına müvafiq şəkildə təşkil etmək;
• Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlamaq;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Tələblər:

• Cinsi: Kişi
• Təhsili: Ali texniki təhsil
• ƏM və TT üzrə 3 il iş təcrübəsi
• İxtisas üzrə sertifikatların olması vacibdir
• Dil bilikləri: Azərbaycan və Rus, İngilis dili üstünlükdür
• Kompüter bilikləri: MC Office

Bilməlidir

• Əmək qanunvericiliyini, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarını;
• İstehsal texnologiyasını, müəssisənin texniki inkişaf perspektivlərini, əsas texnoloji avadanlıqları və onların iş prinsiplərini; istehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları;
• Müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü və iş rejimini;
• Ekoloji qanunvericiliyi;


3. Suvarma işləri üzrə mühəndis

Vəzifə və öhdəliklər:

• Suvarma şəbəkələrini, hidrotexniki qurğularının, suvarma nasoslarının saz halda fasiləsiz işləməsini təmin etmək;
• Bitkilərin suvarılması, kanalların təmizlənməsi, və başqa suvarma şəbəkələrinin cari və əsaslı təmirinin müntəzəm aparılmasını təmin etmək;
• İşçilərə vəzifəsi dairəsində texnika və avadanlıqlardan istifadə zamanı təhlükəsizlik qaydaları barədə təlimat keçirmək;
• İlin əvvəlində Baş Aqronomla birlikdə əkmələrin suvarılmasına dair qrafik hazırlamaq,suvarma suyunun verilməsinə və düzgün sərf edilməsinə nəzarət etmək;
• Suvarma şəbəkələri, kollektor-drenaj kanallarının təmirini, onların sistematik və səmərəli işləməsini təmin etmək;
• Təsərrüfatın suvarma suyu ilə təminatı üçün bütün tədbirləri görmək;
• Mütərəqqi suvarma üsulları tətbiq etmək, işçilərin lazımi alətlər və avadanlıqlarla təmin etmək, təmiri, ehtiyyat hissələrinin daşınıb gətirilməsini təşkil etmək;
• Suvarma qurğuları və şəbəkələrinlə baş verə biləcək qəzalara qarşı mühafizəni təmin etmək;
•  Suyun sərfi uçotunu apmaq, suvarma haqda hesabatların verilməsi;
• Ona tabe olan işçiləri təlimatlandırmaq, texniki təhlükəsizlik haqqında məlumat vermək, əmək intizamını təmin etmək;
• Texniki təhlükəsizlik, əmək mühafizəsi, istehsal sanitariyası qaydalarını riayət etmək;

Tələblər:

• Bu sahədə təhsil və ən az 5 il iş təcrübə
• Su təmizləmə aparatının (OSMOS) işlətmə mexanizmini bilmək;
• Rus dili bilikləri, Kompüter bilikləri: MC Office
• Təsərrüfat  nizamnamələri bilikləri
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsal sanitariyası, yanğından mühafizə qayda və normaları bilikləri


4. Loqistika mərkəzinin rəhbəri

Vəzifə və öhdəliklər:

• Strateji plan qura bilmə logistika, anbar, nəqliyyat işləri və  müştərilərlə iş bacarığı;
• Təchizatçılarla, istehsalçılarla, pərakəndə və itopdan istehlakçılarla danışıqlar aparmaq
• Keyfiyyətə nəzarət, stock səviyyəsi, çatdırılma, nəqliyyat xərcləri və səmərəliliyin davamlı izlənilməsi;
• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
• Yeni logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması;
• Nəqliyyat dəyərinin haqq-hesabı(hesablanması) və təqdim edilməsi;
• Nəqliyyatın planlaşdırılması və sifarişi;
• İxrac layihələrinə nəzarət;
• Logistik məhsul dövrünün nəzarəti;
• Yerli və xarici ortaqlarla işgüzar yazışma, xarici (müqavilə, ərizə) və daxili  (müqavilələrin tərtibi və yoxlanılması daxil olmaqla) sənədlərlə iş.
• Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması;
• Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması;

Tələblər:

• Multimodal nəqliyyat daşınması təcrübəsi;
• Logistika və ixrac əməliyyatları sahəsində 5 il iş təcrübəsi;
• Beynəlxalq nəqliyyat, xarici ticarət, INCOTERMS  xüsusiyyətlərini bilmə;
• Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
• Təhsili: Ali təhsil, üstünlük logistika və xarici ticarət ;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;
• Kompüter bilikləri: MS Office, Outlook;


5. Elektrik

Vəzifə və öhdəliklər:

•  Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi;
•  Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri;
• Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının istismarı;
• Təmir və yaxud montaj işlərinə tələbatı müəyyən etmək üçün planların, cizgilərin, spesifikasiyaların və iş tapşırıqlarının araşdırılması;
• Hər hansı nasazlıqlar barədə birbaşa rəhbərə məlumat verilməsi;
• Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi
• Müdiriyyətin digər tapşırıqları

Tələblər:

• Bu sahədə texniki təhsil və zəruri sertifikatları olan
• Uyğun sahədə ən az 5 il iş təcrübəsi olan
• Rus dili bilikləri


İş haqqında

• İş vaxtı: 09:00 – 18:00
• İş günü:  I-V günlər
• İş yeri:  Hövsan qəsəbəsi, Südçülük sovxozu

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Son xəbərlər
Digər xəbərlər