8 C
Baku
Thursday, December 12, 2024

Premium mənzillər tikən “AS Group Investment”in gəlirləri ₼141 milyona çatıb  

Azərbaycanın tikinti sektorunun ən irilərindən biri “AS Group Investment” MMC-nin gəlirləri kəskin yüksəlib və bu, onun xalis mənfəətinin artmasına gətirib çıxarıb.

Banker.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, şirkətlər qrupu 2022-ci il ərzində 140.71 mln. manata yaxın gəlir əldə edib. 2021-ci il üzrə onun gəlirinin 74.7 mln. manat olduğunu nəzərə alsaq, 2022-ci ildə gəlirlər 88% artmış olub.

Şirkətin satışlarının maya dəyəri 120.14 mln. manat olub ki, bu da onun 20.56 mln. manat ümumi mənfəət əldə etməsi deməkdir.

“AS Group Investment” MMC-nin gəlirlərində digər rol onun fəaliyyət istiqamətindən kənar məzənnə fərqindən 2022-ci ildə müsbət 15.44 mln. manat əldə etməsidir.

2.92 mln. manatlıq mənfəət vergisi xərcindən sonra onun il üzrə xalis mənfəəti 16.83 mln. manata çatıb.

Bu xalis mənfəətdən sonra şirkətlər qrupunun kapitalında 65.38 mln. manatlıq bölüşdürülməmiş mənfəət var. Bir xatırlatma da burda etməliyik ki, səhmdarlara hesabat ilində 2.15 mln. manat dividend ödənilib.

Şirkətin nizamnamə kapitalı 100 min manat təşkil etsə də, səhmdarların burada 44.39 mln. manatlıq əlavə qoyuluşu var.

Şirkətin 1 yanvar 2023-cü il tarixinə 432.06 mln. manatlıq aktivləri var. Bu aktivlərin cəmi 204.73 mln. manatı uzunmüddətli sayılır. Eyni zamanda şirkətin 265.53 mln. manatlıq öhdəlikləri var.

Xatırladaq ki, 2003-cü ildə ilk əmtəə betonu istehsalı üzrə ixtisaslaşan “AS İnşaat” MMC-nin təməli qoyulub. Beton istehsalından inşaat layihələrinə keçən şirkət tədricən genişlənərək 2011-ci ildə “AS Group İnvestment” şirkətinin vahid çətiri altında birləşib.  “AS Group Investment”in 100 000 manat nizamnamə kapitalı var, təsisçisi isə Şahin Mövsümovdur.

34324234

Son xəbərlər
Digər xəbərlər