10 C
Baku
Thursday, December 12, 2024

“AS Group Investment” sahibinə son iki ildə 3 mln. manat dividend ayırıb

“AS Group Investment” MMC son iki ildə səhmdarına 2 milyon 937 min manat dividend ayırıb.

Banker.az bildirir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd edilir.

2021-ci ildə 784 min manat və 2022-ci ildə 2 milyon 153 min manat səhmdara dividend ayıırıb.

Lakin bir faktı qeyd edək ki, şirkət balansında olan çox böyük bölüşdürülməmiş mənfəətin çox az hissəsini səhmdara dividend kimi ayırıb. Məsələn, 1 yanvar 2023-cü il tarixinə onun balansında 65 milyon 378 min manat bölüşdürülməmiş mənfəət qalıb.

Ötən il gəlirləri 88% artaraq 141 milyon manat olub.

Xatırladaq ki, 2003-cü ildə ilk əmtəə betonu istehsalı üzrə ixtisaslaşan “AS İnşaat” MMC-nin təməli qoyulub. Beton istehsalından inşaat layihələrinə keçən şirkət tədricən genişlənərək 2011-ci ildə “AS Group İnvestment” şirkətinin vahid çətiri altında birləşib.  “AS Group Investment”in 100 000 manat nizamnamə kapitalı var, təsisçisi isə Şahin Mövsümovdur.

 

Son xəbərlər
Digər xəbərlər