“AS Qrup İnvestment” MMC-yə Marketinq və satış departamentinə Marketinq Menecer vəzifəsinə işə qəbul elan edir.
İşin təsviri:
• Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
• Müştəri tələbatlarının analizi;
• Şirkətin və onun məhsullarının marketinq strategiyasının hazırlanması və onun tətbiqi;
• Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı;
• Yeni məhsulların yaradılması;
• Yeni bazar imkanlarının araşdırılması və təklifi;
• Satış komandası ilə işləmək;
• Dizaynerə, satış komandasına və digər mütəxəssislərə düzgün tapşırıq vermək;
• Əmək haqqı: 1200 – 1500 AZN;
• İş rejimi: 9:00-18:00 (I-V-günlər);
• İş yeri: Bakı şəhəri;
Namizədə qarşı tələblər:
• Təhsil: Ali (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır);
• Dil bilikləri: Azərbaycan dilini, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
• Kopyuter bilikləri: İnternet, MS ofice;
• İş stajı: Marketinq sahəsi üzrə iş təcrübəsi minimum 3 il olmalıdır;
• Yaş həddi: 25-35;
• Kommunikasiya və özünü satma bacarığı;
• Maliyyə biliklərinin olması arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində [email protected] elektron ünvanına göndərə bilərlər. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu xiyabanı, ev 11 B; Telefon (012) 511 13 08/09
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq Menecer) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.