16 C
Baku
Saturday, October 5, 2024

AS Qrup İnvestment 3 vakant yer üzrə işçi axtarır

AS Qrup İnvestment MMC-yə 3 yeni vakant yer üzrə işə qəbul elan edir.

1. Maliyyə İqtisad departamentinin Direktoru

Öhdəliklər:

– Asılı və törəmə təşkilatların fəaliyyətini koordinasiya etmək;
– Vergilərin optimallaşdırılmaşı üçün tədbirlər görmək ;
– Maliyyə mənbələrini axtarışını təşkil etmək ;
– Şirkətdə maliyyə intizamının əməl olunmasına nəzarət etmək;
– Şirkətin maliyyə siyasətinin və strategiyasının hazırlan maşında iştirak etmək;

– Müəyyən edilmiş risklərin minimum həddə gətirilməsi və sığorta altına alınması üçün planlı işlər və tədbirlər təşkil etmək;
– Təsdiq olunmuş büdcə xərclərinə nəzarətin həyata keçirilməsin  təşkil etmək;
– Şirkət  fəaliyyətinin analizinin aparılması və hesabatın hazırlanması üçün şirkətin struktur bölmələrində məlumatların toplamasın təşkil etmək;
– Törəmə və asılı təşkilatların analoji  bölmələrindən  məlumat toplamasın təşkil etmək;
– Törəmə və asılı təşkilatlarin  analoji  bölmələrdə planlaşdırma, motivasiya, koordinasiya və fəaliyyətinə nəzarətin həyata keçirilməsi;
– Şirkət fəaliyyətini statistik göstəricilərə  müşayiətin  təşkil edilməsi;
–  Maliyyə məsələləri ilə bağlı struktur bölmələrin  konsultasiyasını təşkil etmək;
– Şirkət daxili  standartlar və metodikaların hazırlanmasında iştirak etmək;
– Vergi və mühasibat uçotunun idarə edilməsi üçün tövsiyə və qaydaların hazirlanması;

 Daha çox vakansiyalar üçün Peşəkar İnkişaf səhifəsini Facebookdan izlə!

– İş rejimi:  9:00-18:00, İstirahət günü- şənbə və bazar;

Namizədə qarşı tələblər:

– İş təcrübəsi: 5 il tikinti sahəsində maliyyə işləri üzrə iş staji;
– Dil bilikləri: Azərbaycan, rus, inglis;
– Ali təhsil (Maliyyəçi, mühasib);
– Kopyuter bilikləri:  MS Windows, MS Office , Elektron maliyyə programları (1C 8.3) bilik və işlətmə bacarığı;
– Yaş həddi: 30-45;


2. Satış şöbəsinin Rəisi

İşin təsviri:

– Şirkətin satış şöbəsinin fəaliyyətinin təşkili və idarə edilməsi;
– Şirkətin törəmə təşkilatlarının satış şöbələrinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi;
– Müştərilərdən daxil olan məktub və müraciətlərin araşdırılmasın təmin edilməsi;
– Regionda şirkətin istehsal etdiyi məhsulların satışı haqqında mütamadı olaraq  məlumatların toplanması və mövcüd vəziyyətin araşdırılması;
– Satış həcmlərinin artırılması üçün fəaliyyət göstərmək;
– Potensial müştərilər bazarının təhlili, yeni müştərilərin tapılması və cəlb edilməsi;
– Satış üzrə proqnozların və hesabatların hazırlanması;
– İş rejimi:  9:00-18:00, İstirahət günü- şənbə və bazar;

Namizədə qarşı tələblər:

– Analoji sahədə minimum 3 il iş təcrübəsi olmalıdır;
– Ən azı bir xarici dili (rus və ingilis) yüksək səviyyədə bilməlidir;
– Ali təhsil (İqtisadiyyat və marketiq istiqamətləri üzrə arzuolunandır);
– Kopyuter bilikləri:  MS Windows, MS Office;
– Yaş həddi: 28-40;


3. PR Menecer

Professional tələblər:

– KİV-lərdə əlaqələrin olması;
– Böhran vəziyyətlərinə qarşı PR planın hazırlanması qabiliyyəti;
– İqtisadiyyat və daşınmaz əmlak sahəsində biliklərin olması;
– Daşınmaz əmlak sahəsində araşdırma aparmaq qabiliyyəti;
– SMM üzrə biliklər;

Öhdəliklər:

– Sosial şəbəkələrdə fəallıq;
– İşğüzar yazışmanın aparılması;
– Səlist danışıq və yazı qabiliyyəti;
– Sosial şəbəkələr və forumlarda sualların cavablandırılması, neqativin aradan qaldırılması;
– Korporativ internet səhifələrində xəbər və maraqlı məlumatların yerləşdirilməsi;
– Şirkət və onun məhsulları üçün PR strategiyanın hazırlanması;
– Yeni PR məhsullarının hazırlanması;
– KİV-lərin monitorinqi və ehtiyac olan zaman reaksiyanın verilməsi;
– Fəaliyyət haqqında rəhbərliyə hesabatların təqdim edilməsi;
– İş rejimi:  9:00-18:00, İstirahət günü- şənbə və bazar;

Namizədə qarşı tələblər:

– Analoji sahədə 2 ildən yuxarı iş təcrübəsi olmalıdır;
– Azərbaycan, rus, ingilis dillərini yüksək səviyyədə bilməlidir;
– Ali təhsil (Jurnalistika və ya PR üzrə arzuolunandır);
– Kopyuter bilikləri:  MS Windows, MS Office;
– Yaş həddi: 28-40;


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində  [email protected]  elektron ünvanına göndərə bilərlər. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu xiyabanı, ev 11 B; Telefon (012) 511 13 08.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər