4 C
Baku
Saturday, February 24, 2024

Aşağı faizlə nağd pul krediti verən banklar – SİYAHI

Banker.az olaraq banklarda 2023-cü ilin aprel ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 10.99%-28% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

*ATB – Kampaniya dövründə, müddətindən asılı olmayaraq, götürülən istehlak kreditləri üzrə komissiya 0%-dir. Eləcə də, 24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsindədir. Azər Türk Bankın internet səhifəsində krediti onlayn sifariş vermək olar. Kampaniya 31 may daxil olmaqla həmin tarixədək qüvvədədir.

*ExpressBank – Təminatsız kreditin məbləği 300 – 40 000 AZN, komissiya 0%, təminatlıda məbləğ 10 000 – 50 000 AZN, komissiya min. 0,5%-dən başlayır. Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD və ya Platinum kredit kartı hədiyyə olunacaq.

*Xalq Bank – Kampaniya şərtlərinə əsasən istehlak kreditini illik faiz dərəcəsi 12 ay müddətinə cəmi 12%, 48 ayadək müddətinə isə 14% olmaqla, zaminsiz 15 000, zaminliklə 30 000 manatadək (region filiallarında zaminsiz 8 000, zaminliklə 15 000 manatadək) məbləğdə əldə edə bilər. Bunun üçün müraciətçi qeyd olunan sahədə sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır. 31 iyul 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, cari Xalq Bank müştəriləri isə həm də XalqOnline tətbiqi üzərindən müraciət edə bilərlər.

*Kapital Bank – 7 aprel – 15 may tarixləri aralığında keçiriləcək kampaniya müddətində onlayn rəsmiləşdirilən nağd kreditlərə 5%-dək endirim ediləcəkdir;  Onlayn rəsmiləşdirilən kreditlərdə nağdlaşdırma komissiyası: 0%, Borcun gəlirə nisbəti 45%-dən çox olduğu təqdirdə – 1%

*Yapı Kredi Bank –  İlk dəfə müraciət edən müştərilərə istehlak krediti müddətindən asılı olmayaraq 13% ilə təklif olunur. Neft, IT və Telekommunikasiya sahəsində çalışan şəxslərə isə 12% ilə təklif olunur. 20.000 AZN qədər zaminsiz , 20.000 və ya 40.000 AZN qədər bir zamin ilə , 40.000 AZN və üzəri girov təmini qarşılığı kredit əldə edə bilərsiniz.

tr

Son xəbərlər
Digər xəbərlər