21 C
Baku
Tuesday, April 16, 2024

Aşağı faizlər arxasında gizlənən həqiqət

Bəzən elə olur ki, ətrafımızda olan şəxslərdən hər hansısa bankın kredit faizlərinin aşağı olduğunu eşidirik. Bir çoxları hətta bankdan 16-17%-ə kredit əldə etdiyini iddia edir. Düzdür, bu kredit faizlərində belə aşağı faizlər ilə qarşılaşmaq mümkündür. Lakin həmin faizlər heç də əldə etdiyimiz məbləğin faizləri hesab olunmur. Bəzən məlumatı olmayan şəxslərə izah etməyə çalışırsan ki, bu faizlər heç də göründüyün kimi aşağı deyil, əslində sizin sevinərək  17% ilə əldə etdiyiniz kreditin əslundə illik faiz dərəcəsi 30% – hesab olunur.

Bəs həqiqətdə hansı faizlər realdır?

Kredit faizləri 2 cür hesablanır

  • Effektik faiz dərəcəsi
  • Nominal faiz dərəcəsi

Nominal faiz dərəcəsi adətən bankların kredit üçün elan etdiyi faiz dərəcəsidir. Misal üçün illik 30% və s. Effektiv faiz dərəcəsi isə müəyyən zaman üçün konkret hesablanmış faizlərin həcmindir. Misal üçün əgər sizə bank 30%-lə 12 aylıq olmaqla 1000 AZN  kredit verir.

Onu da qeyd etmək lazımdır ki,  effetktiv faiz dərəcəsi nominal faizdən təxminən iki dəfə kiçik olur.

Əgər bankdan 1 000 AZN əldə etsəniz sizing ödəniş cədvəliniz heç də 17 % ilə hesablanmayacaq. Aşağıdakı şəkildə daha ərtaflı məlumat qeyd olunub.

Kredit kalkulyatoru

Capture44

Sonda onu da qeyd edək ki, banklardan kredit əldə etdiyiniz zamah bir neçə dəfə düşünün və sizə uyğun olan bankı seçin. Aşağı faizlə bankdan kredit əldə etməyiniz mümkündür.lakin bu faizlərin nə dərəcədə aşağı olmasına da diqqət etmək lazımdır. Çünki indiki dövdə ölkəmizdə demək olar ki, heç bir bank bu dərəcədə aşağı faizlərlə kredit vermir. əgər siz həmin bankın illik faiz dərəcəsinin 16-17% olduğunu eşitmisiniz və ya görmüsünüzsə, bilməlisiniz ki, bu faiz dərəcəsinin arxasında daha YÜKSƏK FAİZLƏR dayanır.

Son xəbərlər
Digər xəbərlər