23 C
Baku
Friday, April 26, 2024

“Aşağı faizli kreditlər verilsə, onlar böyük həvəslə “kölgədən çıxıb”, qeydiyyata düşəcəklər”

Biznes ombudsmanı Boris Titov özüməşğul əhalinin vergi uçotuna durmasını stimullaşdırmaq üçün maraqlı təkliflə çıxış edib. Onun sözlərinə görə, əgər bu cür insanlara aşağı faizli kreditlər verilsə, onlar böyük həvəslə “kölgədən çıxıb”, qeydiyyata düşəcəklər.

Titov Tatarıstan Maliyyə Nazirliyinin kollegiya iclasında deyib: “Kölgə”də vəsait əldə etməyin iki yolu var – ya qohumların və ya tanışların olmalıdır, ya da istehlak krediti almalısan”. Ombudsmanın sözlərinə görə, Rusiya Federasiyası subyektləri arasında özüməşğulların qeydiyyatına görə Moskva birinci yerdədir. Tatarıstanda cəmi 3 min fərdi özüməşğul insan qeydiyyata alınıb. 2019-cu idən Rusiya üzrə ümumilikdə 20 min özüməşğul şəxs qeydiyyata alınıb. Qeyd edək ki, özüməşğul vətəndaşlar üçün vergi rejiminin tətbiqi ilə bağlı eksperiment Moskva şəhərində, Moskva və Kaluqa vilayətlərində, eləcə də Tatarıstan Respublikasında 2019-cu il yanvarın 1-dən başlayıb.

Özüməşğul kateqoriyasına özü üçün işləyən şəxslər, eləcə də taksi sürücüləri, dayələr və repititorlar daxildir. Onlar fiziki şəxslərlə işləyəndə 4 faiz, təşkilatlarla işləyəndə isə 6 faiz dərəcə ilə vergi ödəyirlər. Özüməşğul şəxslər üçün “Moy naloq” (“Mənim vergim”) adlanan mobil proqram təminatı hazırlanıb.

mou

MənbəVergilər
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər