9 C
Baku
Thursday, December 12, 2024

Aşağı gəlirli əhali qrupları üçün ödənişsiz bank xidmətlərinin siyahısı açıqlanıb

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödənişsiz “Baza bank xidmətləri paketi” çərçivəsində ölkədəki banklar tərəfindən aşağı gəlirli əhali qrupları üçün sərfəli şərtlərlə təqdim ediləcək xidmətlərin siyahısını açıqlayıb.

ABA-dan verilən məlumata görə, bu paketə daxil edilən bir sıra xidmətin ödənişsiz təqdim edilməsi məqbul hesab edilib.

“Onların sırasına milli valyutada cari hesabın açılması, cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet ödəniş kartının təqdim edilməsi, elektron bankçılıq xidmətlərinə (internet və mobil) qoşulması, ay ərzində cari hesaba yaşayış minimumu həcmində vəsaitinin mədaxil edilməsi, həmçinin ay ərzində bankın ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatının aparılması daxildir”, – ABA-dan bildirilib.

Bununla yanaşı, “Baza bank xidmətləri paketi”nə SMS və ya elektron poçt üzrə məlumatlandırma sisteminə qoşulması, cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi və ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkə daxili köçürmə əməliyyatının aparılması da daxildir.

“Baza bank xidmətləri paketi”nə daxil edilən aşağıdakı xidmətlərin ödənişsiz təqdim edilməsi məqbul hesab edilir:

1. müraciət edən aşağı gəlirli əhali qrupuna daxil olan şəxsə milli vayutada cari hesabın açılması;

2. cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet ödəniş kartının təqdim edilməsi;

3. mövcud olduqda bankın elektron bankçılıq xidmətlərinə (internet və mobil) qoşulması;

4. ay ərzində cari hesaba yaşayış minimumu həcmində vəsaitinin mədaxil edilməsi;

5. ay ərzində bankın ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatının aparılması;

6. SMS və ya elektron poçt üzrə məlumatlandırma sisteminə qoşulması;

7. cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi;

8. ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkə daxili köçürmə əməliyyatının aparılması.

Son xəbərlər
Digər xəbərlər