Ekspert: “ASAN Audit” mərkəzləri yaradılmayacaq

0

“ASAN Audit” Mərkəzlərinin yaradılması ilə bağlı təklifim müsbət qarşılanıb və müzakirə üçün 15.03.2019 tarixdə ASAN Xİdmətin  baş ofisinə dəvət olundum. Bütün incəlikləri özümlə apardığım dəftərdə qeyd etmişdim. Təklifim dinlənildi. 2 saata yaxın müzakirə aparıldı. Təklifimin bəyənilməyinə baxmayaraq qeyd olundu ki, ASAN xidmət vətəndaşlara xidmət edir, sahibkarlara yox. Bunun üçün KOB-lar var. Yeni yaradılan qurumdu. Onların səlahiyyətinə aiddir. KOB-ların da, fəaliyyətinin nədən olduğunu onların diqqətinə çatdırdım. Bildirdim ki, mənim qeyd etdiyim məsələ incəliyinə kimi həm sahibkarlar üçün, həm tələbələr üçün, həm də vətəndaşlar üçün əlverişlidir. Təəssüf edirəm ki, insanların ideya düşüncələri və bunun nə qədər faydalı olanacağı göstərilsə də, bunlara dəstək olmaq üçün şuur o qədərdə inkişaf etməyib. Mənim yazdığım və sadaladığım şəfaflıq naminə və real olaraq ölkə iqtisadiyyatına müsbət təsir gəstərəcək amil kağız üzərində qaldı. “ASAN Audit” Mərkəzlərin yaradılması təşəbbüsü və bunun üçün hazırladığım plan və sair işlər ola bilsin 10 və ya 20 ildən sonra bəlkə yenidən baxıldı. Amma hazırda bu ideyanın reallaşması üçün şərait olsa da, nəzəri olaraq bu mümükün olmadı. 

İqtisadçı-ekspert Rauf Qarayev