23 C
Baku
Saturday, September 28, 2024

“ASAN Finans” barədə: “Məqsədi kredit və sığorta təşkilatlarına dəstək olmaqdır”

Ötən ilin sonlarında yaradılmış “ASAN finans” sistemi “Elektron hökumət”in alt sistemidir. Bu sistemin əsas məqsədi kredit və sığorta təşkilatlarına dəstək olmaqdır”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsallıqla Reallığa” adlı tədbirdə “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, “ASAN finans” ölkə vətəndaşlarına onlayn rejimdə maliyyə xidmətləri göstərəcək.

“Elektron hökumət” bizim ən uğurlu layihələrimizdən biridir. Çünki bu, vətəndaşa dövləti ilə fiziki olmadan təmas yaratmaq imkanı verir”, – Ü.Mehdiyev əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər