26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Asan İmza” mobil identiteti UN ITU-da WSIS Prizes 2021 mükafatına namizəd oldu

Screen Shot 2021 09 02 at 14.34.20

B.EST Solutions şirkəti tərəfindən təqdim edilən Azərbaycanın mobil identiteti hesab olunan “Asan İmza”, BMT-nin Beynəlxalq Elektrokommunikasiya İttifaqının himayəsi altında İnformasiya Cəmiyyəti məsələləri üzrə Yüksək səviyyədə Ümumdünya Görüşü 2021 (World Summit on the Information Society (WSIS) Prizes 2021) mükafatına namizəd oldu.

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Təqdim olunan 1270 layihədən 360 layihə onlayn səsvermənin cari mərhələsinə namizəd göstərildi. WSIS iştirakçıları 31 Mart 2021-ci il tarixinədək 18 nominasiyanın hər birində bir layihəyə səs verə bilərlər.

Əhatəli rəqəmsal identitet sahəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan ən yaxşı təcrübə layihəsi kimi “Asan İmza” mobil elektron imza digər 20 layihə arasında 10-cu nominasiyaya – “Hökumətlərin və bütün maraqlı tərəflərin İKT-nin inkişafındakı rolu” nominasiyasına layiq görülmüşdür.

Namizəd olan layihələrin siyahısı ilə buradan tanış ola bilərsiniz. WSIS iştirakçıları 31 Mart 2021-ci il tarixinədək iştirak etməyə və səs verməyə dəvət olunurlar.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər